Rusiya XİN-dən AÇIQLAMA: Bəzi Mərkəzi Asiya ölkələri anti-Rusiya sanksiyalarına qoşulmağa hazırdır
2023-05-16 18:32:00
Rusiya XİN idarəsindən bildirlirb ki, bəzi Mərkəzi Asiya ölkələri anti-Rusiya sanksiyalarına qoşulmağa hazırdır. TASS bildirir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Qaluzin deyib.
“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər, onlar Qərbin Rusiyaya sanksiya tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, deyə Rusiya XİN-dən açıqlama verilib.
Ülviyyə, Hurriyyet.az