📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN-dən AÇIQLAMA: Moskva NATO ilə danışıqlara hazırdır

2021-12-24 15:57:00

Rusiya XİN-dən AÇIQLAMA: Moskva NATO ilə danışıqlara hazırdır

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Şimali Atlantika Alyansından yanvarda Rusiya-NATO Şurasının iclasının keçirilməsi təklifini alıb və təşkilatla birbaşa dialoqa hazırdır.
"Biz belə bir təklif almışıq, mən bunu təsdiq edə bilərəm. İndi bunun necə həyata keçirilə biləcəyi praktiki baxımdan nəzərdən keçirilir", deyə Zaxarova cümə günü keçirdiyi brifinqdə deyib.
“Biz alyansın şərq istiqamətində daha da genişləndirilməsi və Rusiya sərhədlərinə yaxın ərazidə zərbə sistemlərinin yerləşdirilməsi istisna olmaqla, Rusiya üçün təhlükəsizlik təminatlarına dair saziş layihəsi üzrə NATO ilə birbaşa dialoqa hazır olduğumuzu bir daha təsdiqləyirik”.
Rusiya XİN-nin rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya-NATO formatında görüşün konkret tarixləri daha sonra müəyyənləşəcək. Xatırladaq ki, dekabrın əvvəlində NATO-nun baş katibi Yens Stoltenberq alyansla Moskva arasındakı fikir ayrılıqlarını həll etmək üçün 2022-ci ilin əvvəlində NATO-Rusiya Şurasının iclasını təşkil etməyi planlaşdırdığını açıqlamışdı. 

Ülviyyə, Hurriyyet.az