📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN-dən Bayramovla Mirzoyanın Astana görüşü barəsində açıqlama

2024-06-05 10:59:51

Rusiya XİN-dən Bayramovla Mirzoyanın Astana görüşü barəsində açıqlama

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS informasiya agentliyinə müsahibəsində Moskvanın Bakı ilə İrəvanın barışmasını dəstəkləməyə hazır olduğunu bir daha bəyan edib.
Qaluzin bildirib ki, Rusiya tərəfi  sülh müqaviləsinin hazırlanması istiqamətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 10-11 may tarixlərində Qazaxıstanın Astana şəhərində keçirdikləri görüşü müsbət qiymətləndirir.
Nazir müavini deyib: "Bu görüşün keçirilməsi tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atıldı. Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışırlarının görüşlərinə ev sahibliyi edib. Bundan sonra da Rusiyaya qardaş olan iki xalqın barışmasına hərtərəfli dəstək verməyə hazırıq".
Hürr Tərcüman