Rusiya XİN: Fransa Gürcüstanı və ya Ermənistanı Yeni Kaledoniyaya çevirmək istəyir
2024-05-20 09:55:14
Rusiya XİN sözçüsü Matiya Zaxarova bildirib ki, Fransa Gürcüstanı və ya Ermənistanı Yeni Kaledoniyaya çevirmək istəyir.
“Görünür, Yelisey sarayı isterik şəkildə yeni Yeni Kaledoniya üçün yer axtarır, Gürcüstan və Ermənistan arasında seçim edir. Əgər Paris kimisə azad edə bilsəydi, kanakları fransız boyunduruğundan azad edərdi”, deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Zaxarova TG kanalında yazıb. O, Gürcüstan prezidentinin Makronu Qafqazı “Rusiyanın təsirindən” azad etməyə dəvətini belə şərh edib.
Ülviyyə, Hurriyyet.az