📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN: Moskva İrəvanla Bakı arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır

2023-01-12 10:59:00

Rusiya XİN: Moskva İrəvanla Bakı arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır

Moskva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaqdan ötrü danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyir. Bu barədə Rusiya XİN idarəsi açıqlama verib.
"Erməni tərəfdaşlar üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli həyata keçirilməsinə uyğun olaraq problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır. Rusiyanın təklifi Ermənistan-Azərbaycan münasibətləri üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə danışıqlar qüvvədə qalır”, deyə o, rəsmi nümayəndə Mariya Zaxarova Ermənistanın baş naziri Paşinyanın son bəyanatlarını şərh edərkən bildirib.
Diplomatın sözlərinə görə, eyni məsələ ilə bağlı rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.

Ülviyyə, Hurriyyet.az