Rusiya XİN naziri Lavrovdan BƏYANAT: NATO Rusiya sərhədlərinə hərbi texnika daşıyır.
2021-11-30 16:34:00
Xarici işlər naziri Sergey Lavrov bildirib ki, NATO Rusiya sərhədlərinə hərbi texnika daşıyır.
ABŞ və onun NATO-dakı müttəfiqləri son vaxtlar Qara dənizdə hərbi fəallığını xeyli artırıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya sərhədləri yaxınlığında hərbi qruplaşmasını yaratmağa çalışır və Vaşinqtonun məqsədlərindən biri də Ukraynanın hərbi irəliləməsidir. Nazirlik hesab edir ki, ABŞ Donbassdakı münaqişənin hərbi yolla həll şəraitini öyrənir.
Ülviyyə, Hurriyyet.az