📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN: “Qərb Suriyanın neftini və taxılını qarət edir”

2023-11-14 11:16:59

Rusiya XİN: “Qərb Suriyanın neftini və taxılını qarət edir”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF XİN Qərbin sanksiyalar vasitəsi ilə Suriyanın iqtisadiyyatını “boğduğunu”, paralel olaraq, onun resurslarını talan elədiyini bəyan edib. Nazirliyin açıqlamasında Vaşinqton ilə müttəfiqlərinin Suriyanın enerji və ərzaq ehtiyatlarının əlbir şəkildə qarətində iştiraka davam elədikləri bildirilir.

Bəyanatda deyilir: “ABŞ ilə Avropa İttifaqı qanunsuz birtərəfli sanksiyalarla Suriya Ərəb Respublikasını boğmağa davam edirlər. Bu sanksiyalara görə, ölkəyə ikili təyinatlı inşaat materiallarının və generatorların, dərmanların və tibb avadanlıqlarının, həmçinin, uşaq yeməklərinin və diş pastasının ixrac edilməsi qadağan edilib. Eyni zamanda, Suriyanın şimal-şərqində və cənubundakı əraziləri qanunsuz işğal eləmiş Vaşinqton ilə müttəfiqləri neftin və taxılın qarətində və qaçaqmalçılığında iştirak edərək Suriya əhalisini çörəkdən və enerji resurslarından məhrum edirlər”.

Açıqlamada BMT-nin Suriyanın dirçəlməsinə yardım planının heç 30 faizinin yerinə yetirilmədiyi qeyd edilib.

Hürr Tərcüman