📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN: Sərhəddə baş verənlər Bakı və İrəvanın qarşılıqlı təmkin göstərməsinin vacibliyini təsdiq edir

2023-04-12 16:19:00

Rusiya XİN: Sərhəddə baş verənlər Bakı və İrəvanın qarşılıqlı təmkin göstərməsinin vacibliyini təsdiq edir

Ermənistan-Azərbaycan sərhədində baş verənlər Bakı və İrəvanın qarşılıqlı olaraq təmkin göstərməsinin vacibliyini təsdiq edir.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir.

Zaxarova dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin dərhal Azərbaycan və Ermənistanın məsuliyyətli şəxsləri ilə təmasa girdiklərini və deskalasiya ilə bağlı tədbirlər gördüyünü söyləyib. (APA)