📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN sözçüsü Mariya Zaxarova: “Rusiya tərəfdaşlarımıza (Ermənistanla Azətrbaycana) yardım göstərməkdə davam edir”

2023-02-17 14:46:00

Rusiya XİN sözçüsü Mariya Zaxarova:  “Rusiya tərəfdaşlarımıza (Ermənistanla Azətrbaycana) yardım göstərməkdə davam edir”

Rusiya Ermənistan və Azərbaycan XİN nazirlərinin Moskvada sülh müqaviləsi üzrə görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Rusiya tərəfdaşlarımıza yardım göstərməkdə davam edir”, deyə o qeyd edib.
O xatırladıb ki, bu yaxınlarda Rusiya XİN nazirinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvana “faydalı” səfər edib və "Həm Ermənistan, həm də Azərbaycan tərəfləri ölkəmizin vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər", ifadələrini vurğulayıb.
Mariya Zaxarova həmçinin bildirib ki, Lavrov fevralın sonunda Azərbaycana səfər etməyi planlaşdırır.

Ülviyyə, Hurriyyet.az