📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN sözçüsü Mariya Zaxarova Vaşinqtonu hədələdi: ABŞ Ukraynanın terror aktlarına görə məsuliyyətdən yayına bilməyəcək

2022-12-15 12:44:00

Rusiya XİN sözçüsü Mariya Zaxarova Vaşinqtonu hədələdi: ABŞ Ukraynanın terror aktlarına görə məsuliyyətdən yayına bilməyəcək

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin terror aktlarına görə məsuliyyətdən yayına bilməyəcək. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonu açıq şəkildə hədələyib.
Bu azmış kimi. Zaxarova ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə çatdırılması ilə də bağlı "xəbərdarlıq edib" və bildirib ki, bu amil ABŞ ordusunun Ukrayna münaqişəsində birbaşa iştirak riskini artıracaq.
Başqa sözlə, Zaxarova ABŞ-dan tələb edir ki, Ukraynada həyati əhəmiyyətli obyektləri sərbəst şəkildə məhv etmək imkanı versin və Ukrayna xalqını terrora məruz qoymaqda ona mane olmasın.

Ülviyyə, Hurriyyet.az