📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN: ""Taxıl sazişi"nin uzadılması məsələsi hələ də həllini tapmayıb"

2022-11-12 20:47:00

Rusiya XİN:

“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb.

Bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Müvafiq sualı cavablandıran nazir müavini lakonik cavab verib - “Xeyr”.

Onun sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb:

“Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxara bilmərik, qalanları ilə heç nə edə bilmərik, bu çox vacibdir”. \\Demokrat