Rusiya XİN üç ölkənin səfirini nazirliyə çağırdı
2023-04-18 16:08:00
Hurriyyet.az xəbər verir ki, ABŞ, Britaniya və Kanada səfirləri Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə çağrılıblar. Bu barədə məlumatı “İzvestiya” nəşri verib. Əlavə informasiya verilmir.
Xatırladaq ki, RF XİN təmsilçisi Mariya Zaxarova 17 aprel tarixindəki çıxışı zamanı ABŞ, Britaniya və Kanada səfirlərinin Moskva Şəhər Məhkəməsi tərəfindən müxalifətçi jurnalist Vladimir Kara Murza barəsində verilən hökm barəsində açıqlamalarını Rusiyanın daxili işlərinə birbaşa müdaxilə adlandırmışdı.
Qeyd edək ki, Britaniya XİN də öz növbəsində Rusiyanın Londondakı səfiri Andrey Kelini idarəyə çağırıb. Buna səbəb həm də Britaniya vətəndaşı olan Kara Murza barəsində verilən 25 illik həbs cəzası hökmü olub.
Hürr Tərcüman