📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri HƏDƏLƏDİ

2022-03-17 11:49:00

Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri HƏDƏLƏDİ

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.

Hurriyyet.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə “Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırıb.

“Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Rəsmi Moskva Vaşinqtonla fəal danışıqlar aparmır”, - XİN rəsmisi deyib.

M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirlikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərniə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”.