"Rusiya xüsusi xidmət strukturları Vardanyan maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər" - POLİTOLOQ
"Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir"
"Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər: "Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az