📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Yaponiyaya xəbərdarlıq etdi

2023-08-02 20:58:00

Rusiya Yaponiyaya xəbərdarlıq etdi

“Yaponiyanın Kuril adalarının mülkiyyəti ilə bağlı istənilən etirazı Rusiya tərəfindən daxili işlərə qarışmaq cəhdi kimi qiymətləndiriləcək”. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlması zamanı deyib.

“Bir daha bildiririk ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu tamamilə təkzibedilməz faktı nəzərə alaraq Tokionun hər hansı etirazı daha sonra bizim işlərimizə qarışmaq cəhdi kimi qiymətləndiriləcək. Bu, BMT Nizamnaməsinin əsas prinsiplərini pozmağa cəhddir”, - deyə Zaxarova bildirib. \\Qafqazinfo