Rusiya yeddinci təyyarəsini itirdi: Xarkov ətrafında qanlı döyüşlər gedir - YENİLƏNİB
2022-02-24 15:27:00
Ukrayna silahlı qüvvələri Rusiyanın yedinci təyyarəsini məhv ediblər. Hazıda Xarkov ətrafında qanlı döyüşlər gedir. Rus ordusunun Mariopola hücumunun qarşısı isə alınıb.
*10.44
Ukrayna ordusu Luqanskda 5 rus hərbi təyyarəsini və1 helikopterini vurduğunu açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi bu iddianı rədd edib.
Lent.az