Rusiya yeni hədəfini açıqladı
2022-03-26 11:35:00
Əməliyyatımızın birinci mərhələsinin məqsədinə nail olundu. Ukrayna ordusunun gücü xeyli azaldı və bu, bizə əsas hədəfimizə: Donbasın azad edilməsinə diqqət yetirməyə imkan verir.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy deyib.
"Əməliyyat bütün hədəflərə çatana qədər davam edəcək", - S. Rudskoy deyib.