📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya yeni müharibəyə hazırlaşır: 27 PMC yaradıb

2023-01-31 09:33:00

Rusiya yeni müharibəyə hazırlaşır: 27 PMC yaradıb

Rusiyada yeni PMC-lər (Muzdlu şirkətlər - red.) Ukraynadakı hərbi əməliyyatlar üçün deyil, növbəti müharibə üçün yaradılır.

Hurriyyet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq və publisist Andrey Piontkovski çıxış edib.

O bildirib ki, hazırda Rusiyada 27 PMC şirkəti var:

"Onlar Ukrayna ilə müharibə üçün lazım deyil. Bizə Baş Qərargah rəisi Gerasimovun rəhbərlik etdiyi vahid ordu lazımdır. Absurdluğun zirvəsi odur ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun özünün PMC-si var. "Qalxan" adlanır. Bu insanlar Ukrayna ilə deyil, növbəti müharibə üçün PMC yaradırlar. Ukrayna ilə müharibəni uduzduq, bütün ağıllı insanlar bunu başa düşür".

O, Rusiyanın məğlubiyyətindən sonra Putin və onun dəstəsinin hakimiyyətdə qala bilməyəcəyinə əminliyini bildirib.