📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya yenidən Kiyevi hədəfə alıb – hücum zamanı bu raketlərdən istifadə olunub

2023-12-13 16:34:07

Rusiya yenidən Kiyevi hədəfə alıb – hücum zamanı bu raketlərdən istifadə olunub

Dekabrın 13-nə keçən gecə Rusiya “S-400” və "İsgəndər" raketləri ilə Kiyevə yenidəm hücum edib.

Hurriyyet.az xəbər verir ki, gecə Ukrayna paytaxtına 10 ədəd raket atılıb. Ukraynanın hava hücumundan müdafiə qüvvələri bütün raketləri məhv edib.

Ümumilikdə gecə Rusiya Ukraynanın yaşayış məntəqələrinə çoxlu sayda raket hücumu həyata keçirib. Bundan əlavə, “Şahed-136/131” tipli 10 PUA vasitəsilə də hücumlar olub.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri hücum edən PUA-ları məhv edib. Bu hücumlara cavab olaraq Ukrayna aviasiyası Rusiyanın şəxsi heyətinin, silah və hərbi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirib. Raket qoşunlarının bölmələri isə 2 nəzarət məntəqəsinə, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 3 əraziyə və 2 sursat anbarını zərbə endirib.

sfera.az