📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya Zaporojye AES-dən təxliyə işlərinə başlayıb”

2023-06-30 12:34:00

“Rusiya Zaporojye AES-dən təxliyə işlərinə başlayıb”

Hurriyyet.az xəbər verir ki, Ukrynanın Baş Kəşfiyyat İdarəsi rusiyalıların yavaş-yavaş  Zaporojye Atom Elektrik Stansiyasını tərk eləməyə başladığını bildirib.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin açıqlamasında deyilir: “Stansiyadan ilk növbədə “Rosatom”un üç əməkdaşı – rusiyalıların fəaliyyətinə rəhbərlik edən şəxslər gediblər. Həmçinin, “Rosatom” ilə müqavilə bağlamış ukraynalı əməkdaşlara təxliyyə olunmaq tövsiyə edilib. Onlara iyulun 5-nə qədər stansiyanı tərk eləmək göstərişi verilib. İşğal edilmiş Krıma yollanmaq tövsiyə edilib”.

Həmçinin qeyd edilir ki, Zaporojye AES-in ərazisində və Enerqador stansiyasının yaxınlığındakı şəhərdə hərbi patrulların sayı getdikcə azalır.

Hürr Tərcüman