📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada 25 yaşına qədər qadınlara uşaq dünyaya gətirmək üçün 200 min rubl ödəmək təklif edilib

2024-05-23 13:11:23

Rusiyada 25 yaşına qədər qadınlara uşaq dünyaya gətirmək üçün 200 min rubl ödəmək təklif edilib

Rusiyada 25 yaşınadək qadınlara uşaq dünyaya gətirməyə görə 200 min rubl birdəfəlik ödəniş tətbiq oluna bilər. TASS xəbər verir ki, müvafiq qanun layihəsi LDPR-dən olan bir qrup deputat tərəfindən hazırlanıb.

Əvvəllər hökumət regionlarda doğum nisbətinin davamlı azalması fonunda rusların reproduktiv sağlamlığını yoxlamağı tapşırmışdı. Yoxlamaya xüsusilə, 18-49 yaş arası qadınlar və kişilər məruz qalır. Eyni zamanda, həkimlərə göstəriş verilib ki, qadınlara hamiləlik və doğuş üçün optimal vaxt 18-35 yaş arası olması haqda məlumat verilsin.

Rosstatın məlumatına görə, 2023-cü ildə Rusiyada doğum səviyyəsi 3,6% azalıb. 1,264 milyon körpə doğulub ki, bu da 1999-cu ildən bəri minimumdur. 2014-cü ildə ilhaq edilmiş Krımı və Çeçenistanı statistikadan çıxarılsa, onda müqayisə olunan ərazidə doğulan uşaqların sayı - 1,215 milyondur ki, bütün müasir dövr üçün antirekorddur. Demoqraf Aleksey Rakşa qeyd edir ki, 18-19-cu əsrlərin əvvəllərində Rusiya İmperiyasında təxminən eyni sayda doğulub.

Ülviyyə, Hurriyyet.az