Rusiyada 50 nəfərə qədər azərbaycanlı saxlanıldı
2023-02-07 13:29:00
Hurriyyet.az xəbər verir ki, Rusiya mətbuatı Moskva ətrafındakı Mıtişı şəhərində kriminal avtoritetlərə qarşı keçirilən xüsusi əməliyyat zaman silah və narkotik ticarətində iştirakda şübhəli bilinən 50 nəfərədən artıq şəxsin saxlanıldığını yazıb. Onlardan 48 nəfərinin Azərbaycan, 4 nəfərinin isə Ermənistan, Tacikistan və Dağıstan vətəndaşları olduğu bildirilir. Araşdırma üçün saxlanılanların barmaq izləri götürülüb.
Tutulanlardan “Sayqa” karabinini, travmatik tapançalar və bıçaq müsadirə edilib.
Hürr Tərcüman