📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada 7-ci hərbi komissarlıq yandırıldı - Video

2022-05-10 11:03:00

Rusiyada 7-ci hərbi komissarlıq yandırıldı - Video

Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində hərbi komissarlıq “Molotov kokteyli” ilə yandırılıb.

Hurriyyet.az xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün rəsmi Teleqram səhifəsində görüntü paylaşıb.

Məlumata görə, Rusiyada elan edilməsi ehtimal olunan ümumi səfərbərlik səbəbindən hərbi qeydlərin yandırılması üçün belə aktlar törədilir.

Qeyd edək ki, bu, Rusiyada yandırılan 7-ci hərbi komissarlıqdır.