📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada 7 minə yaxın məscid var

2023-12-12 17:32:44

Rusiyada 7 minə yaxın məscid var

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, RF Prezidenti Administasiyasının başçısının müavini Maqomedsalam Maqomedov XIX  İslam Forumundakı çıxışı zamanı hazırda Rusiyada məscidlərin sayının 1991-ci ildəkindən demək olar, 60 dəfə çox olduğunu bildirib.

Maqomedsalam Maqomedov deyib: “Son illərdə Rusiyada məscidlərin sayı az qala 60 dəfə artıb. 1991-ci ildə bütün ölkədə cəmi  120 məscid fəaliyyət göstərirdirsə, indi onların sayı 7000-dən çoxdur”.

1991-ci ildən bəri 350 min RF vətəndaşı Həcc ziyarətinə gedib.

Hürr Tərcüman