📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada ABŞ qırıcılarını vuranlara böyük mükafatlar veriləcək

2024-07-16 18:31:07

Rusiyada ABŞ qırıcılarını vuranlara böyük mükafatlar veriləcək

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, FORES şirkətinin icraçı direktorunun müavini İlya Potanin Ukrayna ilə müharibədə ilk vurulan ABŞ qırıcısı - F-15 və ya F-16 təyyarələrinin qarşılığında 15 milyon rubl (170 min dollara yaxın) mükafat veriləcəyini  bildirib.
Potanin bu açıqlamanı Avdeyevski istiqamətində tankların vurulmasına görə mükafatlandırma mərasimi zamanı verib. Şirkət nümayəndəsi deyib: "Bu gün artıq yeddinci ödənişimizi etdik. Təxminən on yeddi ədəd "Abrams" və "Leopard" vurulub, onlardan hər biri üçün 500 min rubl verildi".
Potanin deyib: "F-15 və F-16 döyüş təyyarələrinin də məhv edilməsinə görə mükafatlar olacaq. İlk vurulan təyyarə üçün milyon rubl veriləcək".
Hürr Tərcüman