📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada ağır qəza - İki azərbaycanlı öldü+Fotolar

2026-11-04 10:01:37

Rusiyada ağır qəza - İki azərbaycanlı öldü+Fotolar

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Hurriyyet.net  Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Hadisə zamanı həlak olan Elməddin Abışov və Rasət Ocaqverdiyevin əslən Bərdə rayonundan olduğu bildirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.