📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada aviaşirkətlərdə xaos - Reyslər 24 saatdan çox gecikir

2026-08-23 11:26:27

Rusiyada aviaşirkətlərdə xaos - Reyslər 24 saatdan çox gecikir

Moskvanın “Şeremetyevo” aeroportunda onlarla reys təxirə salınıb, təxminən 50 təyyarə vaxtında eniş edə bilmir, 36-ya yaxın reys isə uçuşda gecikir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “MSK1” portalı hava limanının onlayn tablo məlumatlarına istinadən məlumat yayıb.

Gecikən reyslər siyahısına Saratov, Tümen, Ulyanovsk, Krasnodar, Yekaterinburq, Suxumi, Gelencik, Sankt-Peterburq, Həştərxan, Maqas, Kirov, Şarm əl-Şeyx, Volqoqrad, Mineralnıye Vodı, Trabzon, Kalininqrad, Samara, Kazan, Vladiqafqaz, Antalya, Mahaçqala və Hürqədə istiqamətləri daxildir.

Bununla yanaşı, Soçi, Kazan, Kalininqrad, Sankt-Peterburq, Stavropol, Çeboksarı və Saratova uçuşlar tamamilə ləğv edilib. Bəzi reyslərin gecikmə müddəti 24 saatı ötür.

“Ostorojno, Moskva” “Telegram” kanalı hava limanında məqsədinə çata bilməyən sərnişinlərə istinadən yazır ki, Uxtaya uçuş səhər saat 09:50-dən bəri həyata keçirilmir. Gözləyən sərnişinlərə nahar üçün 600 rubl dəyərində qida talonları paylanılıb.

Qeyd edək ki, bundan əvvəl digər paytaxt hava limanı olan “Domodedovo”da da reyslərin qəbulu və göndərilməsində məhdudiyyətlərin tətbiq olunduğu bildirilmişdi.