Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü - Fotolar
2022-03-09 10:14:00
Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda yüngülmühərrikli təyyarə qəzaya düşüb.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə martın 8-də Potanino kəndi yaxınlığında baş verib.
İki nəfər həyatını itirib. Onlardan biri 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovdur. Digərinin şəxsiyyəti müəyyənləşdirilməyib.
Hurriyyet.az-nın məlumatına görə, M. İbrahimov əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışıb. O, əslən Quba rayonundandır. Ailəlidir, 3 övladı var.


