📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada Baş Qərargah generalının mindiyi avtomobil partladılıb

2025-04-25 14:18:38

Rusiyada Baş Qərargah generalının mindiyi avtomobil partladılıb

Hurriyyet.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərinin yaxınlığındakı Balaşixa rayonunda, avtomobilin partladılması nəticəsində RF Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisinin müavini Yaroslav Moskalik həlak olub. 
Rusiya mətbuatının yazdığına görə, avtomobilin içərisindəki qaz balonunun yaxınlığına uzaqdan idarə edilən əldəqayırma partlayıcı qurğu yerləşdirilib. Qurğu zabitin binadan çıxdığı zaman işə salınıb.
Rusiyanın İstintaq Komitəsi də partlayış nəticəsində Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisinin müavini, general-leytenant Yaroslav Moskalikin həlak olması faktını təsdiqləyib. 
Hurr Tərcüman