📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada bu ödəniş sistemləri yox olacaq

2023-06-16 16:09:00

Rusiyada bu ödəniş sistemləri yox olacaq

Üç il ərzində Rusiyada “Visa” və “Mastercard” ödəniş sistemləri vasitəsilə ödənişlər praktiki olaraq yox olacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova deyib.

O bildirib ki, beynəlxalq ödəniş infrastrukturu beş il ərzində SVIFT-dən regional platformalara keçəcək:

“Biz mayda sənaye platforması yaratdıq. Qanun qəbul ediləndən sonra biz real əməliyyatlar üzrə rəqəmsal rublla işləməyə başlayacağıq”./axar.az/