"Rusiyada ciddi iqtisadi və sosial problemlər müşahidə olunacaq" - QUBAD İBADOĞLU
"İşsizlik kütləviləşəcək, qiymətlər kəskin bahalaşacaq, gəlirlər dəyərsizləşəcək və nəticədə yoxsulluq durmadan artacaq"
"Böyük Britaniyanın İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) "Sanksiyaların və zəif rublun Rusiyanın həyat səviyyəsinə təsiri" adlı hesabatından bəlli olur ki, hazırkı müharibə və sanksiyalar 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun 14 faiz azalmasına gətirib çıxaracaq. CEBR analitikləri hazırkı vəziyyətdən çıxış edərək, proqnoz edib ki, Rusiyada inflyasiya 2023-cü ilin əvvəlində 30 faizə çata, növbəti 12 ay ərzində real əmək haqqı 18 faizə qədər azala bilər". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.
İqtisadşı alim qeyd edib ki, Rusiyanın Mərkəzi Bankının son açıqlamalarına görə, ölkədə istehlak səbətinin 44 faizini idxal hesabına təmin edildiyindən də rublun dəyər itirməsi qiymətlərə birbaşa təsir edir: "Odur ki, Rusiyada yaxın dövr üçün ən ciddi iqtisadi və sosial problemlər əmək və istehlak bazarında tələb və təklif arasında tarazlığın pozulmasında müşahidə olunacaq. Bir sözlə, işsizlik kütləviləşəcək, qiymətlər kəskin bahalaşacaq, gəlirlər dəyərsizləşəcək və nəticədə yoxsulluq durmadan artacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az