📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada daha bir azərbaycanlı SAXLANILDI – VİDEO

2025-07-23 10:55:01

Rusiyada daha bir azərbaycanlı SAXLANILDI – VİDEO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı biznesmen Elvin Şükürovun saxlanıldığı bildirilir.

O, Sverdlovsk vilayətinin Pervouralsk ərazisində qanunsuz spirt istehsalı və qablaşdırılması ilə məşğul olan yeraltı sexin fəaliyyətində şübhəli bilinir.

İlkin məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sexdə nəhəng miqdarda saxta içki, etiket və qablaşdırma vasitələri aşkar olunub. Elvin Şükürovun həmin istehsalat obyektinin təşkilində və idarə olunmasında iştirak etdiyi ehtimal olunur.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. (Globalinfo.az)