Rusiyada daha bir general QANDALLANDI: Baş komandanın müavini həbs edildi
Rusiya Aerokosmik Qüvvələrinin (AKQ) silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov Moskvada həbs olunub.
Hurriyyet.net xəbər verir ki, qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı noyabrın 25-də 235-ci qarnizon hərbi məhkəməsi çıxarıb.
Həbsin səbəbləri və irəli sürülən ittihamların mahiyyəti rəsmi şəkildə açıqlanmır.
Güc strukturlarına yaxınlığı ilə tanınan “Baza” Telegram kanalının məlumatına görə, general xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Qrexov 2021-ci ildən AKQ baş komandanının silahlanma üzrə müavini vəzifəsini tutur.
O, 2015-2018-ci illərdə hava hücumundan və raket əleyhinə müdafiə qoşunlarına komandanlıq edib.
Generalın həbsi ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi qaldırıb.