“Rusiyada daha çox erməni yaşayır, nəinki Ermənistanda” – Moskvadan xatırlatma
2023-09-25 15:16:26
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın Qarabağdakı rusiyalı sülhməramlıları ittiham edənlərlə qətiyyən razılaşmadığını bildirib.
Peskov daha sonra deyib: “Rusiya Ermənistanla, o cümlədən Paşinyanla dialoqu davam etdirir. Ümumilikdə isə İrəvan müttəfiq olaraq qalır – Rusiyada yaşayan ermənilərin sayı Ermənistanın özündə yaşayanlardan daha çoxdur”.
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ, Avropa İttifaqı və İranı ölkəsinin başlıca tərəfdaşları elan edərək deyib: “Bizim əsas müttəfiqimizdən fərqli olaraq, onlar bizi dəstəkləyirlər”.
Hürr Tərcüman