"Rusiyada dövlət çevrilişi ehtimalı hələ aradan qalxmayıb" - QUBAD İBADOĞLU
"Putinin hər iki çıxışı göstərdi ki, "Vaqner" problemi həll olunmayıb, qiyam günü onun hərbi-siyasi komandasının davranışları və biznes elitasının ölkədən külli miqdarda kapital çıxarması, əhalinin "Vaqnerçilər"i sevinclə qarşılaması və onlara dəstək ifadə etməsi Putini və Rusiyanı çətin duruma salıb"
"Putin əvvəlki Putin deyil, səksəkədə və həyacan içindədir. Hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə müşavirədən yayılan giriş çıxışını izləyib gəldiyim qənaəti bölüşə bilərsiniz. Xalqa müraciətinə gəlincə, onun "Vaqnerçilər"ə təşəkkür və 3 seçim variantı təklif etməsi təəccüb doğurur". Hurriyyet.az-ın məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu qeyd edib.
""Vaqnerçilər"ə təklif edir ki, siz ailənizə qayıda, Belarusa gedə və ya qalıb Müdafiə Nazirliyi ilə kontrakt əsasında çalışa bilərsiniz" deyən partiya sədrinin sözlərinə görə, birinci və sonuncu variant normal görünsə də, ikinci variant çox absurd səslənir: "Əgər Belarus müstəqil ölkədirsə necə olar bilər ki, Putin "Vaqnerçilər"ə başqa ölkəyə getməyi təklif etsin. Axı, Belarus Rusiyanın vilayəti deyil? Putinin hər iki çıxışı göstərdi ki, "Vaqner" problemi həll olunmayıb, qiyam günü Putinin hərbi-siyasi komandasının davranışları və biznes elitasının ölkədən külli miqdarda kapital çıxarması, əhalinin "Vaqnerçilər"i sevinclə qarşılaması və onlara dəstək ifadə etməsi Putini və Rusiyanı çətin duruma salıb".
Qubad İbadoğlu hesab edir ki, Rusiyada dövlət çevrilişi ehtimalı hələ aradan qalxmayıb: "Ukrayna cəhbəsindəki uğursuzluqlar isə vəziyyəti daha da mürəkkəbləşdirib".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az