📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada erməni konyakına qarşı sanksiya qoyulub?

2023-10-02 16:37:30

Rusiyada erməni konyakına qarşı sanksiya qoyulub?

Hurriyyet.az xəbər verir ki, erməni “Teleqram” kanallarının və hökumətyönlü mətbuatın verdiyi məlumata görə, Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar qoymağa başlayıb.

Məlumatda deyilir: “Artıq 2 həftədir ki, Yuxarı Lars sərhəd keçid məntəqəsində Ermənistandan gedən 60-a yaxın iri yük maşını dayanıb – onlara Rusiyaya keçməyə icazə verilmir. Yük maşınları Ermənistandan Rusiyaya ixrac edilən konyakla tüklənib. Həmin içkiləri “Ararat” və “Noy” şirkətləri daxil olmaqla, müxtəlif firmalar istehsal ediblər. Qadağanı rəsmən belə əsaslandırırlar ki, konyakın həqiqiliyini müəyyənləşdirmək üçün, içki ekspertizadan keçməlidir”.

Hürr Tərcüman