📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada Ermənistanın iştirakı olmadan KTMT təlimləri başlayıb

2024-08-14 23:56:05

Rusiyada Ermənistanın iştirakı olmadan KTMT təlimləri başlayıb

Novosibirsk vilayətində Rusiya Qvardiyasının rəhbərliyi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Kobalt-2024” xüsusi təliminin açılış mərasimi keçirilib.
Yeniavaz.com Rsuiya mətbuatına istinadən xəbər verir ki, təlimlərdə qüvvə və vasitələrin qruplaşmaları üzrə yeni fəaliyyət formaları və üsulları, yeni silah, hərbi texnika modelləri, həmçinin PUA-lardan istifadənin taktiki üsulları sınaqdan keçiriləcək.
Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edirlər. Ermənistanın təlimlərdə iştirak etməyəcəyi bildirilib.