Rusiyada gərginlik: “NATO-nun 4 təyyarəsi Qara dəniz səmasında uçub”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Qara dəniz üzərindən dörd ədəd NATO təyyarəsinin uçduğu qeydə alınıb.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamasına görə, son sutka ərzində Rusiya hərbçiləri Qara dəniz üzərində dörd təyyarənin uçduğunu müşahidə ediblər. Təyyarələri Rusiyanın Radiolakasiya Vasitələri Qüvvələri müşayiət edib.
Nazirliyin açıqlamasında deyilir: “Rusiyanın Hava Kosmik Qüvvələrinin radiokalasiya vasitələri və Qara dəniz donanmasının qüvvələri vasitəsi ilə ötən sutka ərzində Qara dəniz rayonunun hava məkanında NATO ölkələrinin kəşfiyyat təyyarələrinin 4 uçuşu qeydə alınıb və təyyarələr müşayiətlə uzaqlaşdırılıblar”.
ABŞ-ın Hərbi Hava Qüvvələrinin U-2S strateji kəşfiyyat təyyarəsinin Ukraynanın hava məkanından Rusiya sərhədlərinin yaxınlığında kəşfiyyat apardığı qeyd edilib.
RF MN ABŞ-ın fəaliyyətinin aqressiv xarakter daşıdığını bildirib.
Hürr Tərcüman