📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada helikopter qəzaya düşdü - Yenilənib

2021-12-27 16:38:00

Rusiyada helikopter qəzaya düşdü - Yenilənib

Rusiya Federasiyasına daxil olan Udmurtiya respublikasında helikopter qəzaya düşüb.

Hurriyyet.az “TASS”a istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə 15:00-da Yakşur-Bodinski adlı bölgədə baş verib.

Helikopter neft kəmərinə baxış keçirirmiş. İlkin məlumata görə, nəqliyyat vasitəsi Kazandan havaya qalxıb. Hazırda qəzanın detalları araşdırılır. Xilasedicilər hadisə yerinə yollanıb.

***

“İnterfaks”ın məlumatına görə, qəzaya düşən helikopter “Mi-2” tiplidir. Göyərtəsində iki pilot və bir sərnişin olub. Hələ ki, onların taleləri barədə məlumat yoxdur.