📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada helikopter yoxa çıxdı

2024-09-03 12:21:45

Rusiyada helikopter yoxa çıxdı

Rusiyada Mi-8 helikopteri Buryat Respublikası ilə İrkutsk vilayəti arasında itib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası idarəsindən məlumat verilib.

“İlkin məlumatlara görə, sentyabrın 3-də Buryatiya Respublikasının İrkutsk vilayəti ilə sərhədində İrkutsk - Orlik marşrutu üzrə uçan Mi-8 helikopteri ilə əlaqə kəsilib. Helikopterdə olanların sayı və şəraitlə bağlı məlumatlar dəqiqləşdirilir”, - məlumatda qeyd olunub.

Helikopterin tapılması istiqamətində axtarışların aparıldığı bildirilib.

Qeyd edək ki, avqustun 31-də də Rusiyanın Kamçatka vilayətində Mi-8 helikopteri qəzaya uğramışdı./Axar.az/