📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada hərbi çağırışdan yayınmaya görə cərimə artırıldı

2023-07-20 12:47:00

Rusiyada hərbi çağırışdan yayınmaya görə cərimə artırıldı

Rusiya Dumasının “Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi” parlament palatasına vətəndaşın hərbi komissarlığa çağırışa üzrlü səbəb olmadan gəlməməsinə görə cərimə məbləğinin 50 min rubla çatdırılması ilə bağlı düzəlişi qəbul etməyi tövsiyə edib. Bu barədə TASS məlumat yayıb.

Dəyişikliyin hərbi xidmətdən yayınanlara görə cərimələrin 10 dəfə artırılmasında əks olunduğu qanun layihəsinin ikinci oxunuşda qəbul edildiyi vurğulanır. Hazırda Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 21.5-ci maddəsi (vətəndaşların hərbi qeydiyyat öhdəliklərini yerinə yetirməməsi) 500-dən 3 min rubla qədər cərimə nəzərdə tutur.

Ülviyyə, Hurriyyet.az