Rusiyada İran maşınları sürəcəklər
2023-08-24 16:02:55
Avropadan uzaqlaşan Moskva Tehrana yaxınlaşır
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya sakinlərinin tezliklə İran avtomobillərinə minəcəkləri gözlənilir. “Yandeks Taksi”nin hələlik 12 ədəd “Sedan İran Xodro Tara” avtomobili aldığı bəlli olub.
Rusiyaya ümumilikdə 300 belə avtomobil gətirilib, onlardan üçdə biri satılıb.
Hürr Tərcüman