📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada İsrailin sabiq baş naziri Netanyahunun mayda hakimiyyətə qayıtmasını gözləyirlər

2022-04-19 15:33:00

Rusiyada İsrailin sabiq baş naziri Netanyahunun mayda hakimiyyətə qayıtmasını gözləyirlər

“İsrail hökumətinə yaxın analitiklər bu ilin mayında keçiriləcək seçkilərdə ölkə vətəndaşlarının əksəriyyətinin Netanyahuya səs verəcəyinə inanırlar”. Bu barədə aprelin 19-da “Moskovski Komsomolets” qəzeti məlumat yayıb. Oxşar mətni bir sıra digər Rusiya KİV-ləri də keçmiş baş nazirin müşaviri adlandırılan Ariel Bulşteynə istinadən dərc ediblər.
Nəşrlərə əsasən mühakimə etsək, 2019-cu il seçkilərində Netanyahunun əslində “rus” müşaviri olmuş Ariel Bulşteyn “İzvestiya” qəzetinə müsahibəsində siyasi hadisələri dəyərləndirib. O xüsusilə təklif edib ki, “hazırkı koalisiyanın parçalanması və onun dağılması yaxın gələcəyin işidir”. Və növbədənkənar seçkilərin təyin olunacağı təqdirdə, Benyamin Netanyahunun yenidən seçkidə qalib gəlmək şansı var. Lakin seçkilər olmasa, "Knessetin hazırkı tərkibinin 50%-dən çoxu" Likud və sağ blokdan ibarət ola bilər.
Bəzi nəşrlər Putinin, “Qüdsdəki İskəndər Kompleksini Rusiyaya qaytarmaq" çağırışını da Netanyahunun mayın 9-da hakimiyyətə gələ biləcəyinin “xüsusi simvolizm”i kimi görür.

Ülviyyə, Hurriyyet.az