Rusiyada kriptovalyutalar yasaqlana bilər – müzakirələr gedir
2021-12-17 14:17:00
Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı ölkədə kriptovalyutaları qadağan eləməyi planlaşdırır.
Pul əməliyyatları zamanı kriptovalyutadan istifadənin artması ölkədə maliyyə sabitliyi üçün risk kimi qəbul edilir.
Rəqəmsal vəsaitlər ölkədə qanuni statusa malik olsa da, çirkli pulların yuyulması, yaxud da terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə edilməsi təhlükəsinə qarşı bu kriptovalyutadan ödəniş vasitəsi kimi istifadə edilmir.
Məlumatı yayan “Röyters” informasiya agentliyi bildirib ki, hazırda Mərkəzi Bankda qadağanla bağlı müzakirələr gedir.
İl ərzində Rusiya vətəndaşları tərəfindən kriptovalyutalarla 5 milyard dollar həcmində əməliyyatlar aparıldığı bildirilir.
Hürr Tərcüman