Rusiyada məktəblilərə atəş açan şəxs intihar etdi: 10 ölü, 17 yaralı
2022-09-26 13:08:00
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma nəticəsində 10 nəfər ölüb, onlardan beşi məktəblidir. Yaralanan şagirdlərin sayı 17-ə yüksəlib.
Hurriyyet.az xəbər verir ki, onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.
Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır.
Bunların bəziləri güllə yaraları, digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır. Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir.