Rusiyada müharibə elanı kimi hazırlıq! Qan ehtiyatı toplanır
2022-01-29 14:55:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Ukrayna ilə müharibəyə hazırlaşdığı iddia edilən Rusiya sərhəd xəttinə qan ehtiyatları toplamağa başlayıb.
“Röyters” agentliyinin amerikalı mənbələrdən aldığı məlumata görə, bölgəyə tibbi avadanlıq və qan ehtiyatları göndərilib. Həmin qan ehtiyatlarından Ukrayna ilə müharibədə yaralanacaq rus əsgərlərini müalicə eləmək məqsədi ilə istifadə ediləcəyi qeyd edilir. Şərhçilər sərhədə qan ehtiyatlarının göndərilməsini müharibənin başlamaq üzrə olduğunu göstərən əlamət kimi izah edirlər.
Mənbələr Ukrayna ilə sərhədə göndərilmiş rus hərbçilərinin sayının 125 min nəfəri keçdiyini bildirirlər.
Hürr Tərcüman