📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada nasos stansiyasında partlayış – İki nəfər ölüb

2024-07-06 20:10:12

Rusiyada nasos stansiyasında partlayış – İki nəfər ölüb

Volqoqradın Krasnoarmeyski rayonunda nasos stansiyasında qaz partlayışı baş verib.
Partlayış nəticəsində iki nəfər ölüb, dağıntılar altında qalanlar var.
Faktla bağlı cinayət işi açılıb.
Binanın dəmir-beton dam örtüyü uçub.
Bildirilir ki, hadisə zamanı stansiyada 8 nəfər işləyirdi.
İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayışa qaynaq işləri zamanı yol verilmiş pozuntular səbəb olub. Şirkət xarici təsirlərin mümkünlüyünün istisna edildiyini bildirib. \\Yeniavaz.com