📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada nazir iş başında həlak oldu

2021-09-08 14:19:00

Rusiyada nazir iş başında həlak oldu

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN yayıb.

Məlumata əsasən, 55 yaşlı Yevgeni Ziniçev idarələrarası təlimlərdə bir insanın həyatını xilas edərkən həlak olub.

Qeyd edək ki, Yevgeni Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.