📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada nüvə zavodunda partlayış: “Əhalidən evdən çıxmamaq, pəncərələri açmamaq xahiş olunur”

2023-07-14 15:43:00

Rusiyada nüvə zavodunda partlayış: “Əhalidən evdən çıxmamaq, pəncərələri açmamaq xahiş olunur”

Hurriyyet.az xəbər verir ki, Rusiyada nüvə zavodunda partlayış olub. “Rosatom”un Novouralskda, Ural Elektrokimya kombinatında uran balonu partlayıb. Bu, uranın zənginləşdirilməsi sahəsində dünyada ən böyük müəssisədir. Yüzlərlə işçi xəstəxanaya aparılıb. Bir nəfərin hadisə yerinə həlak olduğu deyilir.

Hökumət işçiləri əhalidən evlərindən çıxmamağı və pəncərələri açmamağı xahiş edir: “Yaxınlarınızı qoruyun, tanışlarınıza və doğmalarınıza təhlükənin olmadığını izah edin. Vəziyyət nəzarət altındadır”.

Məzuniyyətdə olan həkimlərin təcili işə qayıtması xahiş olunur.

Hürr Tərcüman