📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada ordu generalı işdən çıxarıldı

2022-09-24 16:54:00

Rusiyada ordu generalı işdən çıxarıldı

Rusiya müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Bildirilib ki, onun əvəzinə bu vəzifəyə general-polkovnik Mixail Mizintsev təyin edilib.

Qeyd edək ki, ordu generalı Dmitri Bulqakov 2 dekabr 2008-ci ildən müdafiə nazirinin müavinidir. General-polkovnik Mixail Mizintsev isə əvvəllər Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi vəzifəsində çalışıb.

yeniavaz.com